1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Federasiya prezidenti: "FİFA-nın qərarı Azərbaycan üçün müsbətdir"
"Əlbəttə, dünya çempionatının iştirakçılarının sayının 48-dək artırılması Moldova kimi kiçik federasiyaların xeyrinədir. Bizim final mərhələsinə düşməyə şansımız yaranır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu bildirib. FİFA-nın çıxardığı qərara əsasən 2026-cı ildən dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı 32-dən 48-dək artırılacaq.
Çebanunun fikrincə, bu qərarın öz ölkəsi kimi Azərbaycana da faydası dəyəcək: "Prinsipcə, iştirakçıların sayının artırılmasına gedirdilər. Ancaq indi ən əsası kvotaların bölüşdürülməsidir. Əlbəttə, Braziliya, İngiltərə, İtaliya, Almaniya, Rusiya kimi böyük ölkələr üçün bu qərar hansısa da rol oynamır. Ancaq bizim, Baltakyanı ölkələr, Ermənistan, Azərbaycan və keçmiş postsovet məkanı təmsilçilərinin, əlbəttə, xeyrinədir".