Azərbaycan millisinin hücumçusu Deniz Yılmazın çıxış etdiyi Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu yeni transferlərdən danışıb. Sportnet.az-ın məlumatına görə, o, Yılmazın çıxış etdiyi mövqeyini gücləndirmək niyyətində olduğunu bildirib.
Baş məşqçi bu məqsədlə komandaya hücumçu Boqdan Stankunu cəlb etmək istədiklərini deyib: "Mövsümün ilk hissəsini istədiyimiz yerdə başa vurduq. Müəyyənləşdirdiyimiz futbolçularla danışıqlar davam edir. Stanku ilə bağlı klublar arasında görüşlər olur. Onu komandamda görmək istəyirəm. Stankunu Deniz Yılmazın mövqeyinə düşünürəm. Dəniz həmin mövqedə tək qalır".