
Bakının "Neftçi" klubunun sabiq futbolçusu Março Dafçev karyerasına baş məşqçi olaraq davam edəcək. Sportnet.az-ın məlumatına görə, o, Bolqarıstan yığmasında çalışacaq.
39 yaşlı Dafçev U-15 yığmasına rəhbərlik edəcək.
Qeyd edək ki, Dafçev 2008-ci ilin mayında "Neftçi" ilə 3 illik müqavilə imzalayıb. Lakin 2009-cu ilin avqustunda futbolçu ilə müqaviləyə xitam verilib. Bakıya Bolqarıstan "Lokomotiv"indən gələn Dafçev "Neftçi"dən ayrıldıqdan sonra həmin kluba qayıdıb.