1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"yə tanış futbolçu faydasız oldu
Özbəkistanın "Nasaf" klubunun heyətində "Neftçi"yə qarşı tanış futbolçu oynayıb. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycanda 2 il legioner həyatı yaşayan serbiyalı futbolçu Draqan Çerandır.
30 yaşlı hücumçu 2013-15-ci illərdə Zaqatalanın "Simurq" klubunun heyətində Premyer Liqada 57 oyunda 27 qol vurub. O, debütdə 13, sonrakı mövsümdə 14 dəfə fərqlənib. Bu, artıq tarixin yaddaşına köçən "Simurq"un dövründə ən yüksək məhsuldarlıq olub.
Klubun rekordçu bombardiri olan Çeran 2016-cı ildən şərəfini qoruduğu "Nasaf"da da qolçuluq bacarığını nümayiş etdirir. Çünki o, 13 oyunda 12 dəfə rəqib qapısına yol tapmaqla ən sərrast oyunçudur.
Ancaq Çeranın vaxtilə məyus etdiyi "Neftçi"yə qarşı budəfəki oyunu uğurlu alınmayıb. Təsadüfi deyil ki, "Nasaf"ın baş məşqçisi Ruzikul Berdıyev 70-ci dəqiqədə iki əvəzləmə edib və meydandan çıxardığı futbolçulardan biri məhz Draqan olub. Sonradan meydana çıxan hücumçu Fərrux Soyfiyev serbiyalı həmkarından fərqli faydalı olub və 80-ci dəqiqədə qələbə topuna imza atıb - 1:0.
Qeyd edək ki, Karşı təmsilçisinin digər heyəti bu gün Antalyada keçirdiyi yoxlama oyununda da ikinci hissədə vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıb. Rəqib Kiprin "Limassol" klubu olub.