"Qarabağ" klubu Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, hazırlığın səkkizinci günündə komanda günün ilk məşqinə çıxıb.
Bakı vaxtı ilə saat 12:00-da start götürən məşq təxminən 60 dəqiqə davam edib. Bu məşq daha çox topsuz çalışmalara həsr olunub. İsinmə hərəkətlərinin ardından futbolçular fiziki təmrinlərlə məşğul olub.
Qeyd edək ki, komandanın növbəti məşqi axşam saatlarında baş tutacaq.