İngiltərə milli komandasının və "Aston Villa" klubunun sabiq baş məşqçisi Qrem Teylor 73 yaşında vəfat edib. Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, ölümə səbəb ürəktutması olub.
O, səhər saatlarında evində həyatdan köçüb. Teylorun vəfatı doğmaları üçün də gözlənilməz olub.
Qeyd edək ki, Qrem Teylor 1987 - 1990-cı illərdə "Aston Villa"nı ikinci liqadan Premyer Liqaya yüksəltdikdək sonra İngiltərə yığmasının sükanı arxasına keçib. O, milli komandaya İsveçdəki 1992-ci il Avropa çempionatında rəhbərlik etsə də, qrupdan çıxa bilməyiblər. İngiltərə 1994-cü il mundialına vəsiqə qazana bilmədiyi üçün Teylor 1993-cü ildə millini tərk edib.