Türkiyənin "Beşiktaş" klubunu 5 futbolçunu transferə çıxarır. Sportnet.az-ın məlumatına görə, onlar arasında Ermənistan yığmasının yarımmüdafiəçisi Aras Özbiliz də var.
26 yaşlı futbolçu oynamadığına narazılıq edərək İstanbul təmsilçisinin məşqini buraxıb: "Sənə elə də şans verməyərək getməyini istəmələri ədalətsizlikdir. Mən heç vaxt bu haqda düşünməmişdim".
İstanbulda anadan olan Özbilizin xidmətində Türkiyənin digər klubları - "Karabükspor", "Sivasspor" və "Adanaspor"un maraqlı olduğu bildiririlir.