
Bu Topaz Premyer Liqasının II turunda 2014/15-ci il mövsümünə start
verməyə hazırlaşan Zaqatalanın "Simurq" klubu məşqləri tamamlayıb. Sportnet.az-ın məlumatına görə, komanda bu gün son hazırlıqları yerinə yetirib.
Çalışmalarda məşqçilər korpusu yetirmələrini çox yormayıb. Yüngül isinmə
hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun
keçirilib. Sonda isə qapıya zərbələr və cinahlardan asmaların qapanması
üzərində məşq edilib. Bundan sonra istirahətə çəkilən "sarı-qaralar",
artıq qarşılaşmanın başlama vaxtını gözləyir.
Qeyd edək ki, "Simurq" -
"AZAL" oyunu saat 19:00-da start götürəcək və "Simurq TV"
vasitəsilə klubun rəsmi saytından canlı yayımlanacaq.