
Çinin Nannin şəhərində keçirilən "China cup 2017” turnirinin qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, finalda İslandiya millisinə 1:0 qalib gələn Çili yığması olub.
Xatırladaq ki, turnirdə "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin heyətində yer aldığı Xorvatiya millisi də iştirak edib və sonuncu - 4-cü olub. Ozobiçin yığmasında debütü məhz bu turnirə təsadüf edib. Meydan sahibləri olan çinlilər yarışda 3-cü yerin sahibi olub.