
"Neftçi” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, flaqman Albaniyanın "Kukesi” klubu ilə qarşılaşıb.
"Bellis Deluxe” otelinin meydanında baş tutmuş görüş 2:4 hesablı məğlubiyyətlə nəticələnib. "Neftçi”nin qollarını Zdenek Folprext (29-cu dəqiqə) və Cavid İmamverdiyev (31-ci dəqiqə) vurublar.
Azərbaycan təmsilçisi bu heyətlə çıxış edib:
33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K) (3.Jairo Rodriges, 46), 29.Georgi Navalovski, 87.Kirill Petrov, 80.Edson Kastilyo (23.Tərzin Cahangirov, 46), 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev (19.Fəhmin Muradbəyli, 60), 9.Namiq Ələsgərov, 10.Cavid İmamverdiyev (11.İqnasio Herrera, 60).
15 yanvar
18:00. "Neftçi" - "Kukesi" - 2:4