1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Səmədov "Spartak"a qayıtdı - RƏSMİ
Rusiya milli komandası və Moskvanın "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov "Spartak"a keçib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı iki klub arasında transfer müqaviləsi bağlanılıb. "Spartak"ın rəsmi saytı 32 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini və maliyyə tərəflərini açıqlamayıb. Müqavilə yanvarın 18-dən qüvvəyə minəcək. Təcrübəli futbolçu 12 ildən sonra doğma klubuna qayıtmasından böyük həyəcan və sevinc hissi keçirdiyini bildirib.
Qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası rusdur. O, "Spartak"da 2012-ci ilin noyabrında debüt edib və 59 oyuna 9 qol vurub. 2005 - 2016-cı illərdə o, iki dəfə "Lokomotiv"də, həmçinin "Moskva" və "Dinamo" klublarında forma geyinib. Səmədov bu mövsüm 15 oyuna 4 qol vurduğu "dəmiryolçular"ı baş məşqçi Yuri Syominlə münasibətləri pozulduğu üçün tərk edib. Futbolçu 2011-ci ildən Rusiya yığmasına çağırılmağa başlayıb. O, 35 oyuna 5 qol vurub, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarında çıxış edib.