1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bir daha belə qol vursa, sevinərəm"
19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-13-cü yerlər uğrunda görüşdə Estoniyanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
Sportnet.az-ın məlumatına görə, Həsənov rəqibin bütün oyunu müdafiədə keçirdiyini söyləyib.
"Böyükhesablı qələbə qazanmaq xoşdur. Estoniya yığması bütün oyunu müdafiədə keçrdi. Beşinci oyundur ki, rəqiblərimiz belə oynayır. Bu, bizim üçün yaxşıdır. Çünki müdafiə olunan komandalara qarşı oynamaq təcrübəsi qazanırıq" deyən baş məşqçi artıq 9-cu yer uğrunda Belarusla oyuna hazırlaşacaqlarını əlavə edib: "Bizim üçün tutacağımız yer vacib deyil. Əsas qələbə seriyasını davam etdirməkdir. Pilağa Mehdiyev bir daha belə qol vursa, sevinərəm. Ancaq belə qollar nadir hallarda vurulur. Onun zərbəsi əla alındı. Özü də bu qolun matçın əvvəlində vurulması lap yaxşı oldu. Bu halda daha rahat oynadıq. Hesabda önə keçdikdən sonra rəqibin hücum edəcəyini düşünürdük. Estoniya yığması isə 0:2 uduzarkən də müdafiədə oturmuşdu” (qol.az).