
Futbol üzrə Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" klubunun oyununu izləyib. Sportnet.az-ın məlumatına görə, Rusiya "Tosno"su ilə görüşə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə də baxıb.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, əsas millinin baş məşqçisi Robert Prosineçki şəxsi işləri ilə əlaqədar Antalyaya yollana bilməyib.