AFFA-nın inzibati binasında "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində Kütləvi Futbol mövzusunda növbəti seminar başlayıb. Sportnet.az-ın məlumatına görə, seminarda UEFA-nın Baş marketinq meneceri Noel Muney və Kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və James Houçen, AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və Sponsorluq Departamentinin mütəxəssisləri və Grassroots koordinatoru iştirak edib.
"UEFA GROW" əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridir. Əməkdaşlıq proqramı çərçivəsində Kütləvi futbol, Digital, FRM və Kommersiya sahələrində UEFA-nın müütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.
Seminar bu gün yekunlaşacaq.