İngiltərənin "Vest Hem" klubunda çıxış edən Dimitri Payet maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı futbolçu özünü zədələyəcəyini bildirib.
Fransalı yarımmüdafiəçi bu addımı klubunun onu buraxmayacağı təqdirdə atacağını deyib. O, fikirlərini belə izah edib: "Əminəm ki, daha "Vest Hem" forması geyinməyəcəyəm. Məni buraxmasalar, çarpaz bağlarımı zədələyəcəyəm. İnsanam, gələcəyimi özümün seçmək hüququm var".
Qeyd edək ki, Dimitri Payet 2015-ci ilin yayından "Vest Hem"də çıxış edir. Onun sabiq komandası Fransa "Marsel"i futbolçu üçün 20 milyon avro təklif etsə də, İngiltərə təmsilçisinin rəhbərliyi bundan imtina edib.