
Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışında olan 2 komandanın yoxlama oyununu izləyib. Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkinin köməkçiləri "Qarabağ" və "Qəbələ" klublarının qonağı olub.
"Qarabağ" Rumıniyanın "Styaua"nı 2:0, "Qəbələ" isə həmin ölkənin digər təmsilçisi "Qaz Metan"ı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millinin baş məşqçisi Robert Prosineçkinin Antalyaya yollanmağı planlaşdırılsa da, şəxsi işləri ilə əlaqədar xorvatiyalı mütəxəssis Bakıda qalıb.