Syomin xeyli sayda insanın görüşdən zövq aldığını da əlavə edib. O, penalti seriyasını lotereya adlandırıb: "Gördüyünüz kimi, hətta Marat İzmaylov səviyyəsində futbolçular penaltidən qol vurmaya bilir. O ki qaldı 120 dəqiqəyə, hesab edirəm ki, çox yaxşı futbol alındı və xeyli insan bu görüşdən böyük zövq aldı".
Rusiyalı mütəxəssis gələcək karyerası barədə isə danışmaq istəməyib: "Bir az dincəlməliyəm. İndi bu suala cavab verməyə hazır deyiləm".