1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" istirahətə çıxdı
"Kəpəz” komandası Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Bakıda keçirdiyi təlim-məşq toplanışını yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, komanda üzvlərinə iki günlük istirahət verilib.
"Sarı-göylər” məşq prosesini yanvarın 23-də bərpa edəcəklər. Gəncə klubu qarşıdakı həftə boyunca "İnter” ilə çempionat oyununa hazırlaşacaq. Bakı təmsilçisi ilə səfər görüşü süni qazonda keçiriləcəyindən "Kəpəz” "Dalğa Arena”nın eyni örtüklü meydançasında məşqə çıxacaq.
Komandanın heyətində zədəli futbolçu yoxdur. Son günlər soyuqdəymədən əziyyət çəkən Vüqar Bəybalayevin səhhətindəki problemlər aradan qalxıb. Yarımmüdafiəçi gələn həftədən komanda ilə birgə məşqlərə qatılacaq.