
"Milan" klubu İtaliya A Seriyasının XXI turunda doğma meydanda "Napoli"yə 1:2 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, qonaqların heyətində Lorenso İnsinye (dəq. 6) və Xose Kalyexon (dəq. 9) fərqlənib. Ev sahiblərinin yeganə qolunu Yuray Kutska (dəq. 37) vurub.
"Napoli" bu qələbə sayəsində ölkə çempionatında məğlubiyyətsizlik seriyasını davam etdirib. Klub hazırda 21 oyundan sonra 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Milan" 20 oyuna 37 xalla 5-ci yerdə gedir.