Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan azərbaycanlı futbol hakimləri bu gün daha 6 oyun idarə edəcəklər. Sportnet.az-ın məlumatına görə, FİFA referisi Rəhim Həsənov Rusiya və Ukrayna klubları arasında keçiriləcək oyunu idarə edəcək.
Ona yan xətt hakimi qismində Akif Əmirəli və Cəmil Quliyev yardımçı olacaq. "Dnepr" Avropa Liqasının 2014/2015 mövsümünün finalçısı olub.
Yoxlama oyunları
"Dinamo” (Rusiya) – "Dnepr” (Ukrayna)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev
"Arsenal Tula” (Rusiya) – "Şaxtyor” (Qazaxıstan)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov
"Montana” (Bolqarıstan) – "Paksi” (Macarıstan)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov
"Kaysar” (Qazaxıstan) – "İstiqlal” (Tacikistan)
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Elşad Abdullayev
"Tosno” (Rusiya) – "Politexnika” (Rumıniya)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vüsal Qənbərov
"Okjetpes” (Qazaxıstan) – "Yenisey” (Qazaxıstan)
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Yaşar Abbasov`
Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 25-də başa çatacaq.