"Kəpəz" Azərbaycan Premyer Liqasında qış fasiləsindan sonra Bakının "İnter" klubu ilə keçiriləcək oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda səfər oyununun hazırlığına bu gündən başlayıb.
Komanda "Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi "Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. Komanda Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək "İnter Arena”da keçirəcək.
Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.