
Belarus İstintaq Komitəsi (İK) danışılmış oyunların təşkilində ittiham olunan bir sıra şəxslərə qarşı araşdırmaları başa vurub. Sportnet.az-ın məlumatına görə, müvafiq sənədlər baxılması üçün məhkəməyə veriləcək.
Danışılmış oyunlarla əlaqədar 15 şəxs ittiham olunur. Əslində isə cinayət işi 20 nəfərə açılıb. Lakin günahlarını boyunlarına aldıqları üçün onlardan 5-i məsuliyyətdən azad olunub.
İstintaqla müəyyən edilib ki, Ukrayna və Rusiya vətəndaşları, nəticələrə təsir göstərmələri məqsədilə Belarusun yüksək və I Liqa komandalarındakı futbolçulara pul veriblər. Həmin vəsaitlər gəlir gətirmələri üçün xarici bukmeyker kontorlarına qoyulub. Bütün ittiham olunanlar ifadələrində belə hərəkətə yol verdiklərini etiraf ediblər və qeyri-qanuni yolla əldə etdikləri qazancı dövlətə qaytarıblar.
Qeyd edək ki, Cinayət Kodeksinə əsasən, peşəkar idman yarışları, baxımlı kommersiya müsabiqələri iştirakçıları və təşkilatçılarının satın alınması 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.