
Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Antalya toplanışından qayıtdıqdan sonra iki günlük istirahəti başa vuraraq məşqlərə sart verib. Sportnet.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saat 17:00-da "Kapital Bank Arena"da ilk məşqini keçirib.
Zədəli olan Vaqif Güləliyev hazırlığa qatılmayıb, bərpa prosesi keçən Ayaz Mehdiyev isə fərdi məşqlərlə kifayətlənib. Bu arada U-21-in düşərgəsindən qayıdan Xəyal Nəcəfov və Yusif Nəbiyev də artıq kollektivə qoşulub.
Qeyd edək ki, "Sumqayıt" həftəsonu Premyer Liqanın XIX turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.