1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "Şikayətlənməyə dəyməz..."
"Təlim-məşq toplanışı bir həftə davam etməsinə baxmayaraq, iki həftəlik fiziki yükləməni götürdük. Səhərlər dəniz kənarında, günortadan sonra isə meydanda toplarla keçirilən məşqlər çox ağır idi. Məşqlərin bizim üçün faydası çox olacaq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Tural Qürbətov klubunun rəsmi saytına açıqlamasında bildirib.
Hücumçunun sözlərinə görə, Bakıdakı təlim-məşq toplanışın bəhrəsini çempionatda görəcəklər: "Şikayətlənməyə dəyməz, əksinə bu, bizim xeyrimizədir. Bu cür toplanış fiziki hazırlığı artırmaq baxımından lazım idi”.
Bakıda "Kəpəz” 4 yoxlama oyunu da keçirib ki, Qürbətov 2 belə görüşdə əsas heyətdə meydana çıxıb: "Baş məşqçimiz bildirmişdi ki, bu matçlar bizə özümüzü göstərmək yox, daha çox fiziki yükləməni necə qəbul etdiyimizi görmək üçün idi. Odur ki, nəticə önəmli deyildi. Ağır məşqlər keçdiymizdən ayaqlarımız çox yorğun idi. Meydanda çətinlik çəkirdik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq. Belə toplanışdan sonra məncə, fiziki problemimiz olmayacaq. Hər şey özümüzdən asılıdır, psixoloji cəhətdən oyunlara hazır olmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.
Xatırladaq ki, cari mövsümün ikinci yarısına hazırlığı Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında keçirən Gəncə təmsilçisi toplanış müddətində fiziki, taktiki və texniki hazırlıq üzərində işləyib.