Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu iki transferi birdən həyata keçirib. Sportnet.az-ın məlumatına görə, Bursa təmsilçisi tranfser siyahısında olan fransalı sol cinah müdafiəçisi Antoni Mounyerlə serb müdafiəçi Aleksandar Pantiçlə anlaşma əldə edib.
Türkiyəli həmkarlarımızın yazdığına görə, klub rəsmiləri Bakıya danışıqlar üçün gəldikləri millimizin baş məşqçisi Robert Prosineçkiyə transfer siyahısını təqdim ediblər və xorvatiyalı mütəxəssisdən razılıq əldə ediblər. Bundan dərhal sonra hərəkətə keçən transfer komitəsinin üzvləri həmin iki keçidi həll ediblər.
İtaliyanın "Bolonya" klubunda oynayan 29 yaşlı Mounyer bu mövsüm A seriyasında 6, ölkə kubokundsa 2 matç keçirib və 2 qol vurub. 24 yaşlı Pantiç isə İspaniyanın "Alaves" klubunda çıxış edir. O, ölkə kubokunda 4, Primeroda 2 matç keçirib və 1 məhsuldar ötürmə edib.