İngiltərənin "Liverpul" klubu futbolçusu Filipp Koutinyo ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı braziliyalı ilə 5 illik müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən Kautinyo "Liverpul"də həftəyə 175 min avro qazanacaq. Belə olan halda braziliyalı klubun ən çox maaş alan futbolçusu olacaq.
Komandanın baş məşqçisi Yurgen Klopp açıqlamasında bu cür futbolça komandanın ehtiyacının olduğunu və onun getməsini heç kimin istəmədiyini söyləyib.
Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"də çıxış edir. O, cari mövsüm Premyer Liqada 13 qol vurub.