İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb.
Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev təmsil edəcək.
Dəyirmi masaya Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələri qatılacaq.