Portuqaliya çempionatının XIX turunun açılış oyununda "Boavişta" "Belenensiş"i qəbul edib. Sportnet.az-ın məlumatına görə, görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 57-ci dəqiqədə Joao Dioqo vurub. O, meydan sahiblərinin qapıçısı Vaqnerin və müdafiəçilərin səhvindən yararlanaraq fərqlənib. Həmin vaxt Azərbaycan millisinin oyunçuları Kamran Ağayevlə Emin Mahmudov meydanda olmayıb. Ağayev cəzalı olduğu üçün oyunu buraxıb. Mahmudov isə 59-cu dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra "Boavişta" 19 oyundan 24 xalla 9-cu pillədə qalsa da, turun qalan qarşılaşmalarından sonra bu mövqeni əldən vermə təhlükəsi ilə üzləşib. Xallarını 23-ə yüksəldən "Belenensiş" isə 12-ci pillədədir.