
Azərbaycan Premyer Liqasında çıxış etmiş moldovalı futbolçu Dan Pisla yeni kluba keçib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu vətənində "Sperantsa" klubu ilə müqvailə imzalayıb. Moldovanın yüksək liqa təmsilçisi yeni transferləri arasında Pislanı da göstərib.
Xatırladaq ki, Dan Pisla 2007 - 2010-cu illərdə "Standard"da (37 oyun, 7 qol), 2010-2011-ci illərdə "Muğan"da (13 oyun, 1 qol), 2012-ci ildə "Turan"da (12 oyun) çıxış edib.