Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukraynanın "Stal" klubunun heyətində növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, onun komandası Bolqarıstanın "Botev" klubu ilə Antalyadakı sınaq matçında 1:1 hesablı bərabərə qalıb. Əsas heyətdə meydana çıxan Paşayev 46-cı dəqiqədə əvəzlənib.
"Stal" bu matçda hesabda geridə düşsə də, sonradan tarazlığı bərpa edə bilib. Bolqarlar qalib gəlməyə çox yaxın olsalar da, 53-cü dəqiqədə penaltidən dəqiq istifadə edə bilməyiblər. "Stal"ın qapıçısı zərbəni dəf edib.