1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, Şeydayevə Rusiyada neqativ təsir göstərəcək"
"İndi Ramil Şeydayev legionerdir. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zenit"in gənclər komandasının baş məşqçisi Boris Rapoport bildirib. Bu klubun yetirməsi olan Ramil Şeydayevi yaxşı tanıyan rusiyalı mütəxəssis onun bu ölkəyə qayıdışı, konkret olaraq Premyer Liqa təmsilçisi "Arsenal"a keçidi perspektivini dəyərləndiirb.
Rapoportun fikrincə, millimzin hücumçusu Tula klubuna kömək edə bilər: "Onun potensialı qollar vurmağa imkan verir. Bu isə komandaya lazımdır. Ramil "Trabzonspor"da demək olar 1 il itirdi. Bu da əməlli-başlı oynamamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir".
Rusiyalı həmkarlarımız məşqçidən Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməkdə peşman olub-olmadığını soruşublar: "Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Mən başa düşdüyüm qədər Aleksey Mirançukla bağlı eyni vəziyyətdir. Bizim vaxtımızda prioritetlər başqa cür idi. Bir də ki biz fərqli tərbiyələndiririk. Ola bilər ki, hardasa səhvlər buraxdıq. Ancaq Şeydayev 3 ildə "Zenit"də əla dəyişildi. İndi gənc futbolçulara yüksək ödənişli müqavilə təkkif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas heyətə düşəcəyi halda pullar vermək lazımdır".
Xatırladaq ki, Ramil Rusiya vətəndaşlığından imtina etməklə Azərbaycan milli komandasının futbolçusuna çevrilib.