1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı futbolçu: “Kafemdə həmin azarkeşlərə endirim olmayacaq”
Qış fasiləsində "Spartak”a keçdiyi üçün "Lokomotiv” azarkeşlərinin qəzəbinə tuş gələn Aleksandr Səmədov maraqlı addım atıb.
Sportnet.az-ın məlumatına görə, Rusiya millisinin azərbaycanlı yarımmüdafiəçisi özünə məxsus "Yasəmən” (Сирень) kafesində sabiq komandasının tərəfdarları üçün nəzərdə tutulan 10 faizlik endirimi ləğv edib. O, bu yolla onun ünvanına təhqirlər səsləndirən fanatlardan qisasını almış olub.
Səmədov Rusiya mətbuatına açıqlamasında bildirib ki, bundan sonra onun kafesində "Spartak” klubunun azarkeş kartına sahib olan şəxslərə endirim olacaq: "Daha həmin azarkeşlərə yox, yeni komandamın fanatlarına enidirim edəcəm”.
Qeyd edək ki, bu ilin yanvarında "Spartak”a keçən Aleksandr Səmədovun atası azərbaycanlı, anası rusdur. O, "Spartak"da 2012-ci ilin noyabrında debüt edib və 59 oyuna 9 qol vurub. 2005 - 2016-cı illərdə o, iki dəfə "Lokomotiv"də, həmçinin "Moskva" və "Dinamo" klublarında forma geyinib. Səmədov bu mövsüm 15 oyuna 4 qol vurduğu "dəmiryolçular"ı baş məşqçi Yuri Syominlə münasibətləri pozulduğu üçün tərk edib. Futbolçu 2011-ci ildən Rusiya yığmasına çağırılmağa başlayıb. O, 35 oyuna 5 qol vurub, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarında çıxış edib.