2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını qəbul edəcək Rostovdakı stadionda bədbəxt hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, "Rostov-Arena"nın tikintisində çalışan fəhlə həlak olub
Gənc oğlanı üzərinə düşən metal piltə öldürüb. Şahidlərin sözlərinə, Əhməd adlı 20 yaşlı həmin şəxs 2 saat huşsuz vəziyyətdə uzanıb. Təcili tibbi yardım maşını yalnız axşama gəlib. Mərhmun tanışlarından biri belə deyib: "Niyə təcili yardım iki saata gəlir? Axı bu, həyat və ölüm məsələsidir. Niyə buna məsuliyytlə yanaşa bilmirlər? Axı oğlan gəncdir, həyatda hələ heç nə görməyib".
"Rostov-Arena" dünya çempionatında qrupda 4 oyunu və 1/8 final mərhələsinin 1 matçını qəbul edəcək.