1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"ın Vurğunu 100 oyundur vura bilmir
"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, təcrübəli müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XVI turunun "İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş "3 nömrə”nin klubunda 100-cü matçı olub. Müdafiəçi bu 100 qarşılaşmada qol hesabını aça bilməyib.
2013/2014 mövsümündən "Sumqayıt”da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/2016 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.
Xatırladaq ki, Vurğun Hüseynovun Sumqayıtın eyniadlı klubunda debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.