Əfsanəvi ukraynalı qapıçı Viktor Çanov vəfat edib. Sportnet.az-ın məlumatına görə, SSRİ yığmasının və Kiyevin "Dinamo" klubunun sabiq qapıçısı 57 yaşında dünyasını dəyişib.
1959-cu ildə Donetskdə anadan olan Çanov futbolda ilk addımlarını 1978-81-ci illərdə yerli "Şaxtyor"da atıb. O, bundan sonra 9 il Kiyev "Dinamo"sunda çıxış edib. Qapıçı SSRi yığmasında 21 oyun keçirib.
Viktor SSRİ-nin üçqat çempionu, SSRİ Kubokunun beşqat qalibi olmaqla yanaşı, "Dinamo" ilə Kuboklar Kubokunu qazanıb.
Çanov futbolçu karyerasını bitirəndən sonra "Dinamo" iə yanaşı, "MOİK-Borisfen"də qapıçılarla işləyən məşqçi olub. O, "Neftçi"nin SSRİ dövründə qapıçısı olmuş Vyaçeslav Çanovun kiçik qardaşıdır.






































































