Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev karyerasını Slovakiya çempionatında davam etdirəcək. Sportnet.az-ın "61 Media"ya istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu "Jilina"ya 1.5 illik icarəyə verilib.
Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayev bu gün Trabzonu tərk edəcək.
Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"la 2016-cı ilin yayında 4 illik müqavilə bağlasa da, əsas heyətə düşməkdə çətinlik çəkib. Hazırda "Jilina" Slovakiya çempionatının lideridir.