Bu gün Türkiyə Super Liqasında XX turun növbəti oyunları keçirilir.
Sportnet.az-ın məlumatına görə, "Bursaspor" klubu "Fənərbağça"nı qəbul edirb
Bakı vaxtı ilə saat 20:00-da başlanan qarşılaşmada Azərbaycan yığmasının hücumçusu Deniz Yılmaz meydan sahiblərinin start heyətində meydana çıxıb. Amma sonadək meydanda olmayaraq 77-ci dəqiqədə əvəzlənib. Onun komandası bundan 11 dəqiqə sonra penaltidən bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaça bilib. Özü də Bursa təmsilçisi ilk hissənin uzatma dəqiqəsində futbolçusu qırmızı vərəqə aldığına görə oyunun yarısını azlıqda keçirməli olub.
Türkiyə Super Liqası, XX tur
20:00. "Bursaspor" - "Fənərbağça" - 1:1
Qollar: Pablo Batalla, 88 - Mussa Sou, 22-penalti ilə
Qırmızı vərəqə: Boban Yoviç, 45+1 (ikinci sarı, "Bursaspor")
Bursa Böyükşəhər Bələdiyyəsinin stadionu
Qeyd edək ki, hazırda "Bursaspor" 28 xalla 7-ci, "Fənərbağça" 36 xalla 4-cü pillədə qərarlaşıb.