1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibi Şeydayevə təklif göndərib
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Çexiyanın "Slovan" (Liberets) klubundan təklif alıb.
Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev deyib.
Federasiya rəsmisi bildirib ki, hücumçu Ramil Şeydayev öz istəyi ilə Slovakiyanın "Jilina" klubuna keçib. Lakin onun müqavilə ilə məxsus olduğu Türkiyə "Trabzonspor"undan 1,5 illik icarəyə verilməsi AFFA-nın xətti ilə gerçəkləşib: "Şeydayev Rusiyanın "Dinamo" (Moskva) və "Arsenal" (Tula), həmçinin Çexiyanın "Slovan" (Liberets) klublarından təkliflər almışdı. Lakin o, "Jilina"nı seçdi. Çünki həmin klub hazırda Slovakiya çempionatının lideridir. Hücum futbolu sərgiləyən və çox qol vuran komandadır. Ramilin həmin klubda özünü doğrultma ehtimalı daha çoxdur. Sadəcə, yeni transfer olunduğu üçün ötən tur "Senitsa" ilə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib".
Qeyd edək ki, "Slovan" cari mövsümdə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer almışdı. Çexiya klubu Bakıdan 1xalla dönüdüyü halda (2:2), evdə 3:0 hesabı ilə qalib gəlib.