"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turuda "Zirə" ilə hazırda keçirilən matçda "texniki zona"da yer almayıb. Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının məlumatına görə, AFFA İntizam Komitəsinin qərarı ilə 1 oyunluq cəzalı olan 39 yaşlı mütəxəssis səfər matçını azarkeşlərin yer aldığı tribunadan izləyir.
Abasov ötıən tur AZAL-ıa ev oyununda "texniki zona" qaydalarını pöozduğuna görə ilk hissədən somra baş hakim Rəhim Həsənov tərəfindən tribunalara göndərilmişdi. O, bugünkü matçda mətbuat konfransında da iştirak edə bilməyəcək. Abasovu Zirədə köməkçisi Seymur Rəhimov əvəzləyir.
Xatırladaq ki, "Sumqayıt" ilk hissədən sonra hesabda 0:1 geridədir.