1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tsxadadzenin sələfi millinin yeni baş məşqçisi oldu - FOTO
Qazaxıstan milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, bu, Rusiya milli komandasında uzun müddət köməkçi-məşqçi işləmiş, ona bir müddət rəhbərlik də etmiş Aleksandr Borodyukdur.
54 yaşlı rusiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Yeni baş məşqçinin qarşısına qoyulan vəzifə yığmada nəsildəyişmə prosesinin yekunlaşdırılması, millinin gəncləşdirilməsi, yerli istedadların üzə çıxarılmasıdır.
Qazaxıstan Futbol Federasiyası bunadək baş məşqçi postunda olan Talqat Baysufinovun uğurlu fəaliyyətini nəzərə alaraq, onu millidə texniki direktor vəzifəsinə təyin edib.
Xatırladaq ki, Aleksandr Borodyuka Qazaxıstan futbolu çox yaxşı tanışdır. Çünki onun son iş yeri məhz bu ölkədə köklü klublardan olan "Kayrat" olub. Bakı "İnter"inin sabiq baş məşqçisi olan gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze ötən il Almatı təmsilçisinin "sükanı arxası"nda Borodyuku əvəzləyib.