AFFA "Qarabağ" klubunun futbolçusu Riçard Almeydanın milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunması üçün müvafiq hüquqi prosedurlara başlayıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, bu prosesə braziliyalı yarımmüdafiəçinin müraciətindən sonra start verilib. Almeyda AFFA-ya gələrək baş katib Elxan Məmmədovla görüşüb. O, Azərbaycan millisində oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib.
Qeyd dək ki, bu il Riçard Almeydanın Azərbaycanda yaşamasının 5 ili tamam olur. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir.