"Xəzər Lənkəran" klubu əcnəbi qapıçı axtarışlarını dayandırıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, buna Cahangir Həsənzadə ilə müqavilə bağlamaları səbəb olub.
35 yaşlı qolkiper Topaz Premyer Liqasında III turun "Simurq"la avqustun 23-də keçiriləcək səfər matçında meydana çıxa biləcək. O, artıq "ağ-yaşıllar"ın sifariş ərizəsinə daxil edilib. Orxan Sadıqlı ötən tur qırmızı vərəqə aldığından, Həsənzadənin Zaqataladakı görüşdə start heyətində yer alacağı şübhə doğurmur.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın heyətinə əcnəbi qapıçının cəlb olunacağı və bu məqsədlə bir neçə ölkədən olan qolkiperlə danışıqların aparıldığı bildirilirdi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |