Topaz Premyer Liqasında lll turun "Bakı” – "Qəbələ” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra Qəbələ təmsilçisinin yeni futbolçusu Ruslan Əmircanov Sportnet.az-a açıqlama verib.
29 yaşlı müdafiəçi qalib olduqları matçda isti havadan şikayətlənib: ”Hava yaman isti idi. Bu da bir az problem yaratdı. Belə şəraitdə istənilən oyunu nümayiş edə bilmədik. Ancaq ikinci hissədə özümüzü toparladıq və qələbə qazanmağa müvəffəq olduq. Qarşıdakı matçlarda daha yaxşı oynamağa çalışacağıq. Komandada yeni futbolçular çoxdur və oyundan-oyuna heyətimiz tam komplektləşəcək”.
Qeyd edək ki, Ruslan Əmircanov "Qəbələ"yə mayda "İnter"dən transfer olunub.