"Həm "Qarabağ", həm də "Qəbələ” evdə oynayır. Onların ilk görüşdə rəqib meydanında qalib gəlmələri üstünlükdür. "İnter”lə "Neftçi”yə çox çətin olacaq. Ancaq futboldur və istənilən nəticə baş verə bilər”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Füzuli Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bu gün keçiriləcək cavab görüşləri barədə danışarkən deyib.
Məmmədov ilk görüşdəki nəticələrə baxmayaraq "İnter” və "Neftçi”nin sensasiya etmək şansları olduğunu bildirib: "Həm "İnter”, həm də "Neftçi” sensasiya edə bilər. "Qəbələ” "Zirə” ilə matçda xal itirdi. Əlbəttə, bu, motivasiyalarına təsir edib. Ancaq ilk oyundakı nəticə "Qəbələ”nin daha rahat oynamasına imkan yaradır. "İnter” də bu boşluqdan istifadə edə bilər. "Neftçi” ola bilər ki, cari mövsüm titul qazanmasın. Ancaq bu, o demək deyil ki, yeni heyət zəifdir. Sadəcə, vaxt lazımdır. Məncə, hələ gələcəkdə "Neftçi”ni uğurlar gözləyir”.
Qeyd edək ki, ilk görüşlərdə "Qəbələ" səfərdə "İnter"i 3:1, "Qarabağ" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib.