1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Elxan Məmmədov seçilə bilmədi
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib.
Sportnet.az-ın məlumatına görə, seçki Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi çərçivəsində baş tutub. Seçkiyə qatılan 12 namizəddən Kayrat Boranbayev tədbir zamanı İK üzvlüyünə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan sonra UEFA-ya üzv olan 55 milli assosiasiya 11 namizəd arasında gizli səsvermə yolu ilə seçimlərini ediblər. AFFA-nı səsvermədə E.Məmmədovun özü təmsil edib.
E.Məmmədov 24 səs toplayaraq, İcraiyyə Komitəsinə seçilən "8-liy"ə düşə bilməyib.
UEFA İcraiyyə Komitəsinə 50 səslə Karl-Erik Nilsson (İsveç), 48 səslə Con Delani (İrlandiya), 46 səslə Miçele Uva (İtaliya), 45 səslə Zbiqnev Bonek (Polşa), 44 səslə Raynhard Qrindel (Almaniya), 40 səslə Devid Gill (İngiltərə), 36 səslə Mixael van Praaq (Hollandiya) və 34 səslə Servet Yardımcı (Türkiyə) üzv seçilib. E.Məmmədovdan əlavə, 25 səs yığan Armand Duka (Albaniya) və cəmi 11 səs qazanan Kiran O Konnor (Uels) da kənarda qalıb.
Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksandr Çeverin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mixael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildir.