"Mən onsuzda belə olacağını bilirdim. Bu cür oyunla hara qədər getmək olar? "Neftçi” lap avrokuboklara çıxdı. Bəs sonra? Bu cür oyunla orada nə etmək olar axı? Doqquz legioner gətiriblər, onların heç birinin də köməyi dəymir komandaya. "Qarabağ” gözlədiyimiz kimi oynadı, "Neftçi” isə qarşılıq verə bilmədi”. Bunu Sportnet.az-a açıqlamasında "Neftçi”nin sabiq futbolçusu Vladislav Qədirov deyib.
Qədirov, "Neftçi”nin Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə də onlardan uğurlu nəticə gözləmədiyini bildirib: "Kubok əldən çıxdı. İndi də çempionatda oynayacaqlar. Dördüncü pilləni tutub avrokuboklara vəsiqə qazansalar da, orada nəsə edə bilməyəcəklər. Axı bu cür oyunla avrokuboklarda nə etmək olar? Çox çətin olacaq "Neftçi”yə”.