Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında "Qəbələ"nin daha bir futbolçusu sərt cəzaya məruz qalıb. Sportnet.az-ın məlumatına görə, bu, Şirməhəmməd Məmmədovdur.
Məmmədov "Bakı” ilə matçın 33-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi onu 2 oyunluq cəzaya, klubunu 1000 manat cəriməyə məruz qoyub.
Bununla yanaşı, əvəzedici heyətlərin "Xəzər Lənkəran”la matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Simurq”a 500 manat, 52-ci dəqiqədə futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 1 oyunluq cəza, Zaqatala klubuna 100 manat cərimə kəsilib.
Qeyd edək ki, ötən tur "Qəbələ"nin əvəzedici heyətdə çıxış edən daha bir futbolçusu Dodo "Araz Naxçıvan"ın futbolçusunu təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb.