Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Jilina"nın heyətində XXVII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Trnava" klubu olub. Səfər matçı "Jilina"nın qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətdə yer alan Şeydayev 25-ci dəqiqədə komanda yoldaşı Mixal Svarkaya məhsuldar ötürmə verib. 50-ci dəqiqədə o, sarı vərəqə alıb, 69-cu dəqiqədə isə əvəzlənib. 72-ci dəqiqədə Denis Vavro penaltidən "Jilina"nın ikinci qoluna imza atıb. Meydan sahiblərindən isə təsəlli qolunu 86-cı dəqiqədə İvan Şrants vurub.
Bu qələbə sayəsində xallarını 58-ə çatdıran "Jilina" liderliyini davam etdirib. "Trnava" isə 31 xalla 6-cı pillədədir.