 "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Kubokunun təqdimetmə mərasiminə qatılmamasının səbəbini açıqlayıb. Nəcəfov Sportnet.az-a bildirib ki, mərasimdə klubun baş menecer səviyyəsində təmsil olunması komandanın kuboka sahib ola bilməməsi ilə əlaqədardır.

"Mən hələ idmançı kimi çıxış etdiyim vaxtlardan daim qələbəyə can atmışam. 2-3-cü yerlərə vərdiş etməmişəm. Ona görə də mükafatlandırma mərasiminə qatılmağa lüzim görmədim". 
Qeyd edək ki, "Qəbələ" Azərbaycan Kubokunun finalında "Neftçi"yə penaltilər seriyasında uduzub. 