Zirə" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Bürünc medalı təmin etdiklərinə görə "İnter”i təbrik edirəm. Onlarla oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki 3 matçda da bu komandayla bərabərə qalmışdıq. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizli qol epizodlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.
- İki oyunçunuz Yovan Krneta və Ben Sanqare zədələndi. Onların durumu nəcədir?
- Yovan isinmədə ağrı hiss etdi deyə, riskə getmədik. Onun əvəzinə meydana çıxan Migel Lorenso pis təsir bağışlamadı. Sanqarenin belində zədə var, amma ciddi deyil.
- "Zirə" avrokuboka hazırdır?
- Klub olaraq ötən mövsüm də hazır idik. İndi de nə lazımdırsa edirik.
- Konfransdan sonra "Sumqayıt"la matçda AZAL-a azarkeşlik etməyə gedəcəksiniz?
- Açığı, buradan birbaşa Belarusa gedirəm. Pro kateqoriya almaq üçün seminara qatılacam. AZAL-a azarkeşlik etmək bir az pis çıxır. Biz öz oyunlarımızı düşünürük. Əsas məsələ "Sumqayıt" və "Neftçi" ilə görüşlərdi. Ümid edirəm ki, 4-cü yeri tutub, Avropa Liqasına vəsiqə əldə edəcəyik.